Rusiyanın Sibir ərazisində yerləşən Tomsk şəhərinin sakini çayda çimdikdən sonra kar olub.
Qaziler.az bildirir ki, bu barədə SHOT teleqram kanalı xəbər verir.
Telekanalın məlumatına görə, 35 yaşlı kişi təhlükəli “Pseudomonas aeruginosa” çubuqşəkilli bakteriyaya yoluxub. Bakteriyanın bu növü daha çox torpaq və suda olur.
Kişi çimərliyin çimməyə icazə verilən yerində dincəlirmiş. Bir müddət sonra qulağında ağrılar başlayıb, hematoma yaranıb və 10 gün ərzində düşürülməsi mümkün olmayan hərarəti olub.
Məlum olub ki, kişi müxtəlif orqanlara təsir edən bakteriyaya yoluxub. Onun bu durumunda infeksiya otitə səbəb olub. Kişi iki həftəyə yaxın heç nə eşidə bilməyib və sol qulağından kar olub, çənəsi şişdiyi üçün nəsə yeyə və çeynəyə bilməyib. Hazırda müalicə alır və sağalma dövründədir. Həkimlər xəstəyə yayın sonuna qədər hamama girməyi, çimməyi və idmanla məşğul olmağı qadağan edib.
QAZİLER.AZ