Azərbaycan milli komandasının sabiq yarımmüdafiəçisi, tanınmış futbolçu Bəxtiyar Musayevə AFFA-da vəzifə verilib.

Offsideplus.az xəbər verir ki, o, federasiyanın Texniki departamentin Skautlar şöbəsinə rəis təyin olunub.

Məlumatı AFFA-nın mətbuat xidməti yayıb.

Qeyd edək ki, futbolçu karyerasında "Neftçi", "Qarabağ", "Xəzər-Lənkəran" kimi klublarda forma geyinən B.Musayev 1997-2006-cı illərdə Azərbaycan yığmasının heyətində 20 oyun keçirib. O, futbolçu karyerasını başa vurduqdan sonra əsasən menecerliklə məşğul olub.