EN

200 jurnalist Ankarada 15 İyul Demokratiya Muzeyini ziyarət etdi

ANKARA, 15 iyul. TELEQRAF

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi tərəfindən Demokratiya və Milli Birlik Günü münasibətilə keçirilən media proqramı çərçivəsində xarici jurnalistlər 15 İyul Demokratiya Muzeyini ziyarət edib.

Teleqraf-ın Ankaraya ezam olunan əməkdaşı xəbər verir ki, ziyarətdə Türkiyənin 81 vilayətindən 81 yerli media nümayəndəsi və 41 ölkədən 120 beynəlxalq jurnalist olmaqla, ümumilikdə 200 media nümayəndəsi iştirak edib.

Ziyarət çərçivəsində muzeyin rəhbəri Əli Heydər Atalar muzey haqqında və 2016-cı il iyulun 15-də baş vermiş çevriliş cəhdi haqqında məlumat verib: "Milli suverenlik və millətin öz dövlətinə sahib çıxması hərbi çevrilişlərə qarşı verilmiş cavabın ən mühüm göstəricilərindəndir. Türkiyədə əvvəlki çevrilişlər zamanı siyasətçilər kənara çəkildiyi halda 15 iyul hadisəsində güclü bir liderin ətrafında birləşən əzmli xalq çevrilişə cəhd edənlərə niyyətlərini həyata keçirməyə imkan vermədi. 15 İyul çevriliş cəhdi dünya çevrilişləri tarixində xüsusi yerə malikdir. Bu hadisə Cənubi Koreya və Türküstanda da xalqın öz dövlətinə necə sahib çıxdığına dair nümunələrlə yanaşı göstərilə bilər".

Ziyarətdə çevriliş cəhdi haqqında video rolik təqdim edilib.

Chosen
11
teleqraf.com

1Sources