EN

Aİ Gürcüstanla vizasız rejimi ləğv edə bilər


Avropa İttifaqının xarici işlər nazirlərinin iyulun 15-də keçiriləcək görüşündə diplomatlar hakim partiya (Gürcü arzusu – Demokratik Gürcüstan) tərəfindən dinc etirazların yatırılması fonunda Gürcüstanla vizasız rejimin ləğvi məsələsini müzakirə edəcəklər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Avropanın “Politico” nəşri mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, vizasız rejimin dayandırılması Gürcüstana təzyiq etmək variantlarından biridir.
Eyni zamanda qeyd olunur ki, Aİ bir neçə aydır ki, Aİ ölkələrinin kiçik qrupunun müqaviməti ilə üzləşdiyi üçün “Gürcü arzusu”na qarşı hər hansı hərəkətdən çəkinir.
Xatırladaq ki, 2024-cü il noyabrın 28-də Gürcüstanda etirazlar başlayıb. Mitinqlərin ilk həftəsi ən gərgin həftə olub. Tbilisidə bəzi etirazçılar su şırnaqları və gözyaşardıcı qazdan istifadə edən təhlükəsizlik qüvvələrinə qarşı pirotexniki vasitələrdən istifadə ediblər. Toqquşmalar gecə boyu davam edib və xüsusi təyinatlıların etirazçıları Rustaveli prospektindən sıxışdırıb çıxarması ilə başa çatıb.
Chosen
10
yeniavaz.com

1Sources