Təlim-məşq toplanışını Avstriyada davam etdirən Azərbaycan çempionu “Qarabağ” bu gün sonuncu – 4-cü yoxlama matçına çıxacaq.
Arena.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda 17 qat Avstriya çempionu “Zalsburq” ilə üz-üzə gələcək.
Kaprun stadionunda təşkil olunacaq qarşılaşmaya Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.
Xatırladaq ki, Ağdam təmsilçisi Avstriyadakı ilk sınaq matçında Ukraynanın “Metallist 1925” (Xarkov) komandasına uduzub – 4:5. Ağdamlılar daha sonra “Tvente” (Niderland) ilə keçirdikləri iki oyunun birində 3:2 hesablı qələbə qazanıblar, digərində 1:2 hesablı məğlubiyyətlə üzləşiblər. Qurbanovun komandası Bakıda keçirdiyi yoxlama matçında isə “Zirə”yə 4:0 hesabı ilə qalib gəlmişdi.
Yeni mövsümdə Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək “Qarabağ”ın Avstriya toplanışı iyulun 16-da yekunlaşacaq. Komanda yeni mövsümün hazırlığına iyunun 18-də Bakıda start vermişdi.