Gizli şəkər (prediyabet) qan şəkərinin normaldan yüksək, amma şəkər xəstəliyi qədər ciddi olmadığı bir haldır. Lazımi tədbirlər görülməzsə, tip 2 diabetə çevrilə bilər.
Bu barədə News24.az CNN Türk-ə istinadən xəbər verir.
Mütəxəssislər bildirir ki, düzgün qidalanma ilə bu vəziyyət nəzarətdə saxlanıla bilər.
Əsas tövsiyələr:
Şirin içkilər və işlənmiş ətlərdən uzaq durun
Bol tərəvəz və yoğurt yeyin
Araşdırmalar göstərir ki, müntəzəm yoğurt yemək gizli şəkərə qarşı müsbət təsir göstərir.
Xeyrənsə Piriyeva