Azərbaycanın qadınlardan ibarət milli komandasının üzvü Peritan Bozdağın yeni klubu məlum olub.
Offsideplus.az xəbər verir ki, yığmamızın üzvü "Fənərbağça" ilə razılığa gəlib. O, "sarı-lacıvərdlilər"lə 1 illik müqavilə imzalayıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
P. Bozdağ son 3 mövsümü Türkiyənin başqa bir klubu "Fatih Vatanspor"da çıxış edirdi.
O, 2021-ci ildən etibarən Azərbaycan yığmasında çıxış edir. 26 yaşlı futbolçu milli komandamızda 3 oyuna 2 qol vurmağı bacarıb