EN

Türkiyənin 60 əyalətində əməliyyat keçirilib

Türkiyənin

Türkiyənin bir sıra şəhərlərində FETÖ-yə qarşı yeni əməliyyat keçirilib.

Reyting.az
xəbər verir ki, İzmir prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində FETÖ-yə maliyyə yardımı göstərdiyi müəyyən edilən 371 şübhəli barəsində həbs-qətimkan tədbiri seçilib.

Şübhəlilərlə bağlı 60 əyalətdə eyni anda əməliyyatlara başlanılıb, çoxlu şübhəli şəxs saxlanılıb.

Bundan başqa, saxlanılanların Türkiyədə və xaricdə əvvəllər FETÖ üzvlüyünə görə mühakimə olunan şübhəlilərə ərzaq adı altında türk lirəsi, dollar və ya qızılla maliyyə yardımı topladığı öyrənilib. Bu vəsaitlər daha sonra qida paketləri kimi təşkilat üzvü olaraq təyin etdikləri şübhəlilərə göndərilib.

V. QULİYEV
Chosen
12
reyting.az

1Sources