Yasamal rayon Heydər Əliyev Mərkəzində “Bəhram Nəsibov əsərlərdə” adlı film-konsertin ictimai baxışı keçirəcək.
QHT.az xəbər verir ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Bəhram Nəsibov yaradıcılığının təbliği” İctimai Birliyi tərəfindən hazırlanıb. Film-konsertdə Azərbaycançılıq məfkurəsi, Milli Mətbuatın 150 illiyi, ekologiya və alternativ enerji mövzuları musiqi və vizual vasitələrlə təqdim olunacaq.
Layihə rəhbəri Adil Nəsibovun sözlərinə görə, bəstəkar, şair, ifaçı Bəhram Nəsibovun beş yeni mahnısı təqdim olunacaq.