İyunun 12-si 35 yaşlı qadın arı sancmasından komaya düşüb.
Publika.az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzdən “Qafqazinfo”ya bildirilib.
Qeyd edilib ki, qadın komatoz vəziyyətdə KTM-in Toksikologiya şöbəsinə qəbul edilib.
Təxminən bir ay komatoz vəziyyətdə reanimasiyada müşahidə altında saxlanılan xəstənin vəziyyəti stabilləşib. Hazırda müalicələri davam etdirilir.