EN

Sürücülərin maşında gəzdirdiyi, amma istifadə etmədiyi "apteçka" — VİDEO

Avtomobillərdə olan bu dərmanlar həyat xilas edir, yoxsa əksinə?

Söhbət hər sürücünün maşınında daşımağa məcbur olduğu dərman qutusundakı preparatlardan gedir. Sürücülər deyir ki maşında var, amma istifadə etmərlər.

Yol-nəqliyyat eksperti Arzu Babazadə vurğulayıb ki, həmin dərmanların saxlanma şəriti avtonobildə olan şəraitə uyğun deyil bu səbəblə beynəlxalq təcrübədə tibb qutusunda tablet kapsul və ya damcı kimi dəırmanların saxlanmasına icazə verilmir.

Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi "Xəzər Xəbər"ə bildirib ki, nazirlər kabinetinin müvafiq qərarına əsasən həmin dərman vasitələri ətraf mühitin təsirindən qorunaraq saxlanılmalıdır.

Həkimlər isə qeyd edir ki, hər dərmanın öz saxlanılma şəraiti elə preparatın üzərində də qeyd edilib. Əks halda həmin dərman istifadəyə yararsız hesab olunur.



Chosen
14
8
demokrat.az

9Sources