EN

“Bolluq LTD” şirkətinin pulunu mənimsəyən ekspeditora cəza verildi

Sumqayıt Apellyasiya Məhkəməsində mənimsəmədə təqsirləndirilən Rauf Rzayevin (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ruhiyyə Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

 

İttihama görə, Rauf Rzayev “Bolluq LTD” Məhdud Məsuliyyətli Cəmiyyətində (MMC) ekspeditor vəzifəsində işləyib. O, müxtəlif ad, çeşid və miqdarda şirniyyat və quru qida məhsullarının istehsalını və satışını həyata keçirib. Təqsirləndirilən şəxs 08 aprel 2021-ci il tarixdən 23 avqust 2021-ci il tarixədək olan müddət ərzində şirkətin ümumilikdə 50 480,78 manat dəyərində əmlakını mənimsəməyib.

 

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 6 il 6 ay müddətə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs (mülki cavabdeh) cinayət əməlləri nəticəsində vurulmuş maddi ziyana görə 50 480,78 manat məbləğində pulun zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) “Bolluq LTD" MMC-nin xeyrinə tutulması hökm edilib. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti vermişdi.

 

 

Kamal Məmmədov

 

 

 

 

Tarix: 15 İyul 2025, 08:35   
Chosen
29
pravda.az

1Sources