EN

Bu iki tərəvəz demensiyanın qarşısını alır - Professor açıqladı

Demensiyanın qarşısını tərəvəz yeyərək almaq mümkündür.

Publika.az xəbər verir ki, bunu Çinin Hebey Tibb Universitetinin professoru Veyay Çzya deyib.

Onun sözlərinə görə, kartof və balqabağın bir növü olan patissonun (boşqababənzər qabaq da deyilir - red. ) tərkibində koqnitiv sağlamlığı qorumaq və demans riskini azaltmaq üçün lazım olan mis var.

Alimin sözlərinə görə, mis bütün bədənə, o cümlədən beyinə oksigeni daşıyan dəmirin sərbəst buraxılmasına səbəb olur. Onun normal miqdarda istehlakı mərkəzi sinir sisteminin normal fəaliyyətinə də kömək edir. Bundan əlavə, mis yaddaş və öyrənmə ilə əlaqəli neyrotransmitterlərin tənzimlənməsində iştirak edir.

Bununla belə, professor xəbərdarlıq edib ki, həddən artıq mis zərərli ola bilər. Mis zəhərlənməsinin kəskin simptomlarına qusma, qan qusma və hipotenziya (aşağı qan təzyiqi) daxildir.

Alim qeyd edib ki, misin gündəlik norması 1,22 mq-dir və iki kartof ilə bir orta ölçülü patisson yeməklə bunu təmin etmək mümkündür.

Chosen
55
50
publika.az

10Sources