EN

Xaçmazda yük avtomobili hasara çırpılıb, sürücü ölüb

Xaçmaz rayonunun ərazisindən keçən Gəndob–Yalama avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun məlumatına görə, “Kamaz” markalı yük avtomobili idarəetməni itirərək daş hasara çırpılıb.

Qəza nəticəsində sürücü, 28 yaşlı Hüseyn Əzim-Sima ağır xəsarətlərlə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Chosen
25
3
apa.az

5Sources