EN

Xaçmazda ağır qəza - Sürücü öldü

Gəndob-Yalama avtomobil yolunun Xaçmaz şəhəri ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın Şimal bürosunun məlumatına görə, "KamAz" markalı yük avtomobili "Çənlibel" parkının qarşısında idarəetməni itirərək arkaya çırpılıb.

Nəticədə ağır xəsarətlər alan sürücü Xaçmaz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Onun həyatını xilas etmək mümkün olmayıb. Sürücünün kimliyi dəqiqləşdirilir.

Hazırda fakt araşdırılır.

Asiman Qaraca

Chosen
75
19
unikal.az

10Sources