EN

Jorje Jezus - “Əl-Nəsr”in yeni baş məşqçisi!

Portuqaliyalı futbol mütəxsəssisi Jorje Jezus Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasının baş məşqçisi təyin edilib.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Tərəflər arasındakı müqavilənin müddəti açıqlanmayıb. Amma təcrübəli mütəxəssisin ən azı qarşıdakı mövsümün sonunadək bu komandaya rəhbərlik edəcəyi gözlənilir.

Xatırladaq ki, iyulun 25-də “Əl-Nəsr” 2024-cü ilin sentyabrından komandanı çalışdıran italiyalı Stefano Piolinin baş məşqçi postundan getdiyini elan edib. İtaliyalı mütəxəssis vətəninə dönərək “Fiorentina”nın sükanı arxasına keçib.

Jorje Jezus 2023-2025, həmçinin 2018-2019-cu illərdə Səudiyyə Ərəbistanının “Əl-Hilal” komandasını çalışdırıb. O, “Əl-Hilal”ı 120 oyuna çıxarıb, 96 qələbə, 14 heç-heçə, 10 məğlubiyyət yaşayıb. Top fərqi isə 342:114 nisbətindədir.

Jezus “Əl-Hilal”a Səudiyyə Ərəbistanı çempionluğunu (2023/2024), Səudiyyə Ərəbistanı Kubokunu (2023/2024), Səudiyyə Ərəbistanı Super Kubokunu (2018/2019, 2023/2024, 2024/2025) qazandırıb.

Portuqaliyalı məşqçi ölkəsində “Benfika”dakı uğurlarına görə tanınıb. O, “Flamenqo”, “Sportinq”, “Braqa”, “Belenenseş”, “Unian Leyriya”, “Moreyrense”, “Vitoriya Gimaraynş” kimi klublarda da baş məşqçilik edib. Jezus bir müddət Türkiyənin “Fənərbağça” komandasını da çalışdırıb.

Sonda onu da xatırladaq ki, “Əl-Nəsr”də portuqaliyalı ulduz futbolçu Kristiano Ronaldo da çıxış edir.

Chosen
19
25
arena.az

10Sources