EN

Zelenskiilə Tramp telefonla danışdılar

BAKI, 15 iyul. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb.

Teleqraf xəbər verir ki, V.Zelenski söhbətin “çox yaxşı” keçdiyini bildirib.

Ukrayna Prezidenti amerikalı həmkarına Kiyevi dəstəkləmək istəyinə görə təşəkkür edib.

Prezident D.Tramp ona NATO-nun baş katibi Mark Rutte ilə görüşündən danışıb.

Zelenski bildirib: “Bizim belə yaxşı münasibətlərimizin olması vacibdir və NATO ölkələri sülh naminə və insanların həyatını xilas etmək üçün müdafiə xərclərini artırmağa çalışır. Təşəkkür edirəm, Mark!"

Chosen
32
1
teleqraf.com

1Sources