EN

Bitkoinin qiyməti rekord məbləğə çatdı

ABŞ Prezidenti Donald Trampın kriptovalyuta ilə bağlı mülayim siyasət yürütməsi bitkoinin qiymətinin artmasına səbəb olub. Metbuat.az xəbər verir ki, bitkoin rekord qıraraq 122.000 dolları ötüb. Məlumata görə, bitkoin də daxil olmaqla qlobal kriptovalyuta bazarının dəyəri 3,18 faiz artaraq 3,8 trilyon dollara çatıb. Bazar kapitallaşmasına görə, ikinci yerdə qərarlaşan kriptovalyuta “Ethereum” da 2,20 faizdən çox dəyər qazanaraq 3025 dollara çatıb. Analitiklər qeyd ediblər ki, ABŞ Federal Ehtiyat Sisteminin faiz dərəcələrini aşağı salacağına dair iddiaları və bitkoin ticarət qaydalarının yumşaldılacağına dair məlumatların dərc edilməsi qlobal bazarlarda fəaliyyəti artırıb.

Analitiklər həmçinin qeyd ediblər ki, şirkətlər qiymət artımlarından faydalanmaq üçün bitkoin alırlar.

Chosen
128
metbuat.az

1Sources