EN

Zaqatalada ağaclar kəsilib – Sakinlərdən ŞİKAYƏTVİDEO

Zaqatalada yaşayış massivinin ərazsində ağaclar kəsilib.

Xezerxeber.az xəbər verir ki, belə bir iddia ilə  Zaqataladakı "PMK-20" adlanan yaşayış massivinin sakinləri çıxış ediblər. Sakinlərin sözlərinə görə, həyətdə olan 15-20 ədəd şam ağacı kəsilib və  meydança zəbt  edilib.

Vətəndaşların şikayəti ilə bağlı Tural Şıxəmirov bildirib ki, adıçəkilən ərazi onun şəxsi mülkiyyətidir və bununla bağlı əlində sənədləri var.

Zaqatala Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, sakinlərin şikayəti nəzərə alınaraq ərazidə aparılan tikinti işləri dərhal dayandırılıb və bununla bağlı aidiyyəti qrumlara sorğu göndərilib.

Məsələyə hüquqi qiymət veriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Chosen
30
xezerxeber.az

1Sources