EN

Türkiyədə zəncirvari avtoqəza olub, 5 nəfər ölüb

Türkiyənin Kocaeli vilayətinin Dilovası rayonunda 2 minik avtomobili və 1 yük maşınının (TIR) iştirakı ilə zəncirvari qəza olub...

"Report" "Trt Haber"ə istinadən xəbər verir ki, qəza nəticəsində 5 nəfər həlak olub, 1 nəfər yaralanıb.

Belə ki, TIR-dan düşən konteynerin toqquşduğu avtomobildəki 5 nəfərin hamısı ölüb. Yük maşının sürücüsü isə yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb.

Qəza səbəbindən Ankara istiqamətində yolda qalın tıxac yaranıb.

Poliqon.info

Chosen
68
8
poliqon.info

10Sources