EN

Modriç “Milan”la rəsmi müqavilə imzaladı


“Real Madrid” klubunun və Xorvatiya millisinin yarımüdafiəşisi Luka Modriç rəsmi olaraq “Milan”a keçib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Milan”ın mətbuat xidməti məlumat yayıb.
Xorvatiyalı veteran isə sosial şəbəkə hesabında “Hər kəsə salam. Milana yeni gəldim. Karyeramda yeni səhifəyə başlamaq üçün burada olmaqdan çox şadam,” - deyib.
40 yaşlı yarımmüdafiəçi ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, Luka Modriç “Real Madrid”də 13 ilə yaxın çıxış edib. O, 28 kubokla "Kral klubu" tarixinin ən titullu futbolçusudur.
Chosen
7
yeniavaz.com

1Sources