1-ci Liqa təmsilçisi "Şəfa" heyətinə yeni qapıçı qatıb.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, bu, "Neftçi"nin əvəzedici komandasının qolkiperi Rəvan Kazımovdur.
Kazımov artıq yeni komandasının düşərgəsindədir.
Qeyd edək ki, "Şəfa" ötən mövsüm 2-ci Liqadakı mübarizəni 71 xalla 2-ci yerdə tamamlayaraq 1-ci Liqada iştirak hüququ qazanıb. 100 qol vuran kollektiv 15 dəfə topu tordan çıxarmaq məcburiyyətində qalıb.
Nihat