ABŞ və NATO Avropanın hesabına Ukraynaya silah tədarük etmək barədə razılığa gəlib.
Ölkə.az APA-ya istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp NATO Baş katibi Mark Rutte ilə Ağ Evdə görüşdə bildirib.
“Bu gün müqavilə bağladıq ki, biz onlara silah göndərəcəyik və onlar bunun üçün pul ödəyəcəklər. ABŞ heç bir ödəniş etməyəcək. Biz onu almırıq, amma biz istehsal edəcəyik və onlar bunun əvəzini ödəyəcəklər”, - o qeyd edib.