Yalnız bir neçə santimetr uzunluğundakı konodontların çənələri olmasa da, tarixdəki ən iti dişə bənzər strukturlara malik olublar. Yeni tapıntılar bu qədim dəniz canlılarının heyrətamiz ov üsullarını üzə çıxarır.
HİT.az xəbər verir ki, müasir dövrdə güclü çənə quruluşu ilə tanınan kaftarlar, timsahlar və ya pələnglər kimi heyvanlar dişləmə qüvvəsi baxımından təsirli nümunələr təqdim edir. Lakin təbiətdə ən iti dişlərin kimə aid olduğunu soruşsaq, cavabı nə bugünkü meşələrdə, nə də okeanlarda tapa bilərik. Bu sualın cavabı üçün zamanın daha dərinliklərinə, yarım milyard il əvvələ getmək lazımdır.
Konodont adlanan kiçik, ilan balığına bənzər canlılar təxminən 500 milyon il əvvəl Prekembri dövründə meydana gəlib və təqribən 300 milyon il boyunca mövcud olublar. Uzunluğu cəmi bir neçə santimetr olan bu canlıların çənələri yox olmayıb. Lakin ağızlarında "element" adlanan son dərəcə incə və sərt dişəbənzər quruluşlar olub. Bu strukturların ucları cəmi 2 mikrometr enində idi; bu da onları məlum ən iti bioloji quruluşlardan birinə çevirib.
Monash Universitetindən Dr. Alistair Evansın qeyd etdiyi kimi, bu dişəbənzər elementlər demək olar ki, dişdən çıxan iynələr kimi düzülüb. Xüsusilə Wurmiella excavata adlı növdə bu quruluşlar yuxarı-aşağı deyil, soldan sağa hərəkət edən, ülgüc kimi kəskin bir düzən içində işləyib. Tədqiqatçılara görə bu qeyri-adi mexanizm ovlarını parçalamaqda effektiv və bənzərsiz bir üsul təmin edib.
Bristol Universitetindən paleobioloq Filip Donohyu isə 2012-ci ildə dərc olunan bir tədqiqatda konodontların diş quruluşunu daha yaxından araşdırıb. Donohyu və komandası bu həssas strukturların necə işlədiyini, hansı növ qidalanma davranışı sergilədiklərini başa düşməyə çalışıb. Tədqiqatlar göstərib ki, konodontlar müasir onurğalılar kimi çeynəmək əvəzinə, hər bir kəskin dişin ucuna diqqət yetirərək ovlarını parçalayıb. Güclü çənə əvəzinə strategiki yerləşdirilmiş itiuclu dişlər vasitəsilə qidalanır, ovlarını sanki nazik dilimlərə ayırıb.
Donohyu bu mexanizmi belə izah edir: "Bu bıçağabənzər dişlər əvvəl arxa hissədə bağlanır, önə doğru hərəkət edir və sonra yenidən açılır".
Bu sistem ağızda yaranan təzyiqi ovun müəyyən nöqtələrinə yönləndirərək effektiv kəsici funksiya təmin edib.
Digər maraqlı tapıntı isə konodontların zamanla tükənən bu kiçik diş strukturlarını təmir və ya yenidən itiləyə biləcəyi ilə bağlıdır. Təəssüf ki, bu bacarıq təkamül prosesində müasir heyvanlara ötürülməmiş görünür.
Müasir dövrdə yaşayan canlılar arasında diş quruluşu və çənə gücü baxımından diqqətəlayiq çoxlu növlər var. Lakin məlum olan ən iti dişəbənzər strukturların bugünkü dövrümüzdən yüz milyon illər əvvəl yaşamış və indi tamamilə nəsli kəsilmiş bir növə aid olması, təkamül prosesinin nə qədər yaradıcı və təəccüblü ola biləcəyini bir daha nümayiş etdirir.
Samir