EN

“Çelsi” klublararası dünya çempionatından 115 milyon dollardan çox qazanıb


İngiltərənin “Çelsi” klubu FİFA Klublararası Dünya Çempionatından sonra 115,625 milyon dollar pul mükafatı qazanıb.
Yeniavaz.com
xəbər verir ki, turnirin finalında “Çelsi” Fransanın PSJ klubunu 3:0 hesabı ilə məğlub edib.
2025-ci ildə keçiriləcək Klublararası Dünya Çempionatının ümumi mükafat fondu 1 milyard dollar təşkil edib.
Qrup mərhələsindəki hər qələbəyə görə klub 2 milyon dollar, heç-heçəyə görə isə 1 milyon dollar alıb. “Çelsi” iki görüşdə qalib gəlib, birində isə məğlub olub.
1/8 finalın iştirakçıları əlavə 7,5 milyon dollar, 1/4 finalçılar isə 13,125 milyon dollar qazanıblar. Yarımfinalçılar 21 milyon dollar, finalçılar əlavə 30 milyon dollar, qalib isə 40 milyon dollar mükafat alıb. PSJ-nin payına isə 75,625 milyon dollar düşüb.
Chosen
12
1
yeniavaz.com

2Sources