EN

ABŞ Zəngəzur dəhlizini öz nəzarətinə götürməyə hazır olduğunu ifadə edib

"ABŞ Azərbaycan və Ermənistan arasında uzun müddətdir nəqliyyat dəhlizi ilə bağlı dalana dirənmiş diplomatik danışıqları inkişaf etdirməyi öz üzərinə götürməyə hazırdır".

Teleqraf "Middle East Eye"ə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Türkiyədəki səfiri, PrezidentinSuriya üzrəxüsusi nümayəndəsi Tomas Barak deyib.

Qeyd olunub ki, tərəflər arasında əsas problemlərdən biri Azərbaycanı Naxçıvanla birləşdirəcək olan, Ermənistan ərazisindən keçən Zəngəzur dəhlizidir: "Azərbaycan dəhlizin Ermənistanın tam nəzarətinə verilməməsini təkid edərək, İrəvana maneəsiz girişi təmin etmək üçün etibar edilə bilməyəcəyindən narahatlığını ifadə edib".

Nəşir vurğulayır ki, Ermənistan marşruta nəzarətin hər hansı üçüncü tərəfə verilməsinin qəti əleyhinədir.

Barak təklif edib ki, ABŞ özəl şirkəti Zəngəzur dəhlizini 100 illik icarəyə götürə və tərəflər buradan rahatlıqla istifadə edə bilərlər: "Məqsəd isə Bakının uzunmüddətli və güclü təhlükəsizlik zəmanətləri ilə bağlı tələblərini təmin etmək və eyni zamanda İrəvanın dəhliz üzərində suverenliyini qorumaqdır".

Diplomatik mənbə nəşrə bildirib ki, özəl şirkət ideyasını əvvəlcə Türkiyə təklif edib.

Chosen
5
1
teleqraf.com

2Sources