EN

Balakəndə 20 mindən çox abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq

BAKI, 14 iyul. TELEQRAF

Sabahdan Zaqatala Regional Qaz İstismarı İdarəsinin Balakən xidmət sahəsi tərəfindən aparılan təmir və sınaq işləri ilə əlaqədar Balakən rayonunun bir sıra yaşayış məntəqələrində təbii qazın verilişi müvəqqəti olaraq dayandırılacaq.

Azəriqaz İstehsalat Birliyindən Teleqraf-a verilən məluamat gprə, 15 iyul 2025-ci il tarixində saat 09:00-dan etibarən Sarıbulaq kəndini təbii qazla təmin edən PE-160 mm-lik yeraltı orta təzyiqli daşıyıcı qaz xəttində kipliyə sınaq işləri və Balakən şəhərinin 28 May küçəsində yerləşən d-325 mm-lik orta təzyiqli daşıyıcı qaz xəttinin qaynaq yerlərində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması nəzərdə tutulur.

Bununla əlaqədar olaraq, Balakən Qaz Paylayıcı Stansiyasının ölçü qovşağından qidalanan orta təzyiqli qaz xətləri üzrə qaz təchizatı dayandırılacaq. Qaz kəsintisi Balakən şəhəri də daxil olmaqla 26 kənd və 1 qəsəbədə yaşayan ümumilikdə 20.351 əhali abonenti və 258 qeyri-əhali abonentini əhatə edəcək. Qərar F/Ş Kaxov Ramazan və F/Ş Əsgərov Əsgər kərpic zavodlarını istisna edir.

Qaz təchizatının bərpası işlərin başa çatmasından dərhal sonra həyata keçiriləcək.

Chosen
11
2
teleqraf.com

3Sources