EN

Köçürülmə zamanı 1 nəfərə yerində ilkin tibbi xidmət göstərilib

Köç prosesi zamanı vətəndaşların sağlamlıq vəziyyətinə nəzarət məqsədilə Təcili Tibbi Yardım briqadası da Xanyurdu kəndində xidmət aparıb.

Bu barədə Teleqraf-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, tibbi yardımın vaxtında və operativ şəkildə göstərilməsi üçün briqada fəaliyyət göstərib. Köçürülmə zamanı 1 nəfərə yerində ilkin tibbi xidmət göstərilib.

"Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

İlk mərhələdə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin əməkdaşlarının müşayiəti ilə ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış 33 ailə - 122 nəfər Xocalı rayonunun Xanyurdu kəndinə köçürülüb.

Chosen
9
teleqraf.com

1Sources