EN

Şmıqalı Sviridenko əvəz edəcək | VİDEO

xəbər verir ki, Ukrayna prezidenti bununla bağlı öz “Telegram”-kanalında paylaşım edib.

“Mən Yuliya Sviridenkonun Ukrayna hökumətinin başçısı olamğı və onun işini əsaslı şəkildə yeniləməyi təklif etmişəm. Yeni hökumətin fəaliyyət planının yaxın vaxtlarda təqdim olunacağınıgözləyirəm”,- Ukrayna rəhbəri yazıb.

Zelenskinin sözlərinə görə, Sviridenko ilə görüş zamanı o, Ukraynanın tərəfdaşları ilə sazişlərin icrasını, həmçinin “iqtisadi potensialın gücləndirilməsi”, ukraynalıların dəstəklənməsi və silah istehsalının genişləndirilməsi üzrə konkret tədbirləri müzakirə edib.
Bu kontekstdə Ukrayna preizdneti ölkədə icra hakimiyyəti sisteminin transformasiyasını açıqlayıb.

Xatırladaq ki, Ukraynanın baş naziri Denis Şmıqalın tezliklə vəzifəsindən uzaqlaşdırılması ilə bağlı şayiələrin növbəti mərhələsi bir ay əvvəl ortaya çıxdı. İyun ayında Ali Radanın deputatı Yaroslav Jeleznyak Ukrayna prezidentinin aparatının iqtisadiyyat naziri Yuliya Svırıdenkonu baş nazir postuna təyin etməyi planlaşdırdığını bildirmişdi.

Ukrayna hökumətində dəyişiklik gözlənilir| VİDEO
Deputat bu cür kadr dəyişikliyinə səbəb kimi hökumətə etimadın itirilməsini, xüsusən də iqtisadi və büdcə sahəsində çoxlu sayda uğursuzluqları göstərib. Daha sonra Volodimir Zelenski Ukraynanın baş naziri Şmıqalın mümkün istefası ilə bağlı məlumatları təkzib etmişdi.

Lakin iyulun 8-də vəziyyətdən məlumatlı olan mənbələrə istinad edən “Financial Times (FT)” nəşri artıq 13-20 iyul həfətisndə Ukrayna prezidenti Volodimir Zelenskinin genişmiqyaslı müharibənin başlamasından bəri ən böyük hökumət dəyişikliyinə hazırlaşdığını yazmışdı.

Əslində Ukraynanın baş naziri vəzifəsinə İrina Sviridenkonun təklif olunmasının ABŞ prezidentinin xüsusi nümayəndəsi Kit Kelloqun Kiyevə gəlişi gününə təsadüf etməsi çox güman ki, heç də təsadüf deyil. Xatırladaq ki, ABŞ ilə Ukrayna arasındayeraltı sərvətlərin birgə istismarıilə bağlı sazişin hazırlanmasında və imzalanmasında məhz İrina Sviridenko əsas fiqurlardan biri rolunu oynayıb.

Yeri gəlmişkən, bu səfərin bəzi pərdəarxası məqamları ilə bağlı rusiyalı politoloq, amerikaşünasMalek Dudakovbir sıra maraqlı ehtimallar səsləndirib.


Sahil İsgəndərov
AzVision.az
Chosen
31
azvision.az

1Sources