EN

"Sumqayıt" yarımmüdafiəçisi ilə vidalaşdı - RƏSMİ

"Sumqayıt" futbolçusu Uğur Cahangirovla əməkdaşlığa son qoyub.

Fanat.Az-ın məlumatına görə, informasiyanı klubun mətbuat xidməti yayıb.

"Gənclik şəhəri" təmsilçisi yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.

Qeyd edək ki, "Sumqayıt" daha öncə Vüqar Mustafayev (karyerasını bitirib), Miloş Miloviç, Momo Yansane, Rövlan Muradov, Murad Xaçayev, Elvin Bədəlov, Cəsurbek Cəloliddinov, Bobir Abdixolikov və Silvanus Nimeli ilə də vidalaşıb. 


 

Chosen
41
fanat.az

1Sources