
Rusiya Daxili İşlər Nazirliyi yazıçı Dmitri Bıkovu axtarışa verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə qurumun rəsmi saytındakı “axtarışda olanlar” bölməsində qeyd olunub.
Bildirilir ki, Bıkov Dmitri Lvoviç Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə axtarışa verilib.
Axtarışın hansı maddəyə əsasən elan olunduğu açıqlanmayıb.