EN

“Media haqqında” Qanuna dəyişikliklər təsdiqləndi

Milli Məclis “Media haqqında” Qanuna təklif edilən dəyişiklikləri təsdiqlədi. Media sahəsində fəaliyyət göstərən xarici hüquqi şəxsin Azərbaycan Respublikasında nümayəndəliyi media subyekti hesab ediləcək.

Hurriyyet.az xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan “Media haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Bundan əlavə, qanunda aşağıdakı dəyişikliklərin edilməsi nəzərdə tutulur:

Azərbaycan Respublikasında xarici media subyektlərinin filial nümayəndəliklərinin, xarici media nümayəndələrinin fəaliyyəti

Azərbaycan Respublikasında xarici media subyektlərinin filial və nümayəndəlikləri dövlət qeydiyyatına alındıqdan sonra müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə 3 (üç) iş günü ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat veriləcək.

Azərbaycan Respublikasında xarici media subyektlərinin filial və nümayəndəlikləri dövlət qeydiyyatına alındıqdan sonra 7 (yeddi) iş günü ərzində Media Reyestrinə daxil edilmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət etməlidirlər.

Azərbaycan Respublikasında xarici media subyektlərinin filial və nümayəndəliklərinin bu Qanunun tələblərini pozmaqla fəaliyyət göstərməsi, habelə Media Reyestrindən çıxarılması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həmin filial və nümayəndəliyin ləğvi üçün əsas olacaq.

Yuxarıda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müraciəti əsasında həmin filial və ya nümayəndəliyin internet informasiya ehtiyatına (veb-saytına) müraciət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən dərhal məhdudlaşdırılacaq.

Azərbaycan Respublikasında xarici media subyektlərinin filial və nümayəndəliklərində çalışan jurnalistlər, həmçinin xarici jurnalistlər Media Reyestrinə daxil edilməyəcək.

Mediada dərc olunan və (və ya) yayımlanan informasiyaya dair tələblər

Saxta məlumatların dərc edilməsinə (yayımlanmasına) yol verilməyəcək.

İnformasiya agentliyi

İnformasiya agentliyinin azı 20 (iyirmi) media subyekti ilə informasiya verilməsi (əldə edilməsi) haqqında müqaviləsi olmalı, azı 5 (beş) xarici ölkədə jurnalisti akkreditasiya olunmalı, həmçinin hər ay 20 (iyirmi) gün ərzində gündəlik dərc etdiyi kütləvi informasiyanın ümumi həcminin azı 80 (səksən) faizi bu Qanunda nəzərdə tutulan tələblərə cavab verməlidir.

Çap mediası və onlayn media subyektinin təsis edilməsi

Media subyektlərinin (redaksiyalarının) adları digər media subyektlərinin (redaksiyalarının) adları ilə eyni və ya oxşar olmamalı, onların adlarında ictimai qaydaya, mənəviyyata və əxlaqa zidd olan, istifadəçiləri yanılda bilən ifadələrdən istifadə edilməməlidir.

Çap mediası və onlayn media subyektlərinin fəaliyyətinin və media məhsullarının yayımlanmasının dayandırılması, habelə subyektlərin fəaliyyətinə həmin xitam verilməsi

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) media subyektinin Media Reyestrində olmadan fəaliyyət göstərdiyi aşkarlandıqda çap mediası və onlayn media subyektlərinin fəaliyyətinə xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldıracaq.

Media Reyestri

Media Reyestrində Azərbaycan Respublikasında xarici media subyektlərinin filial və nümayəndəlikləri bölməsi yaradılacaq.

Media Reyestrinə informasiya agentliklərinin xarici ölkələrdə akkreditasiya olunmuş jurnalistləri barədə məlumatlar da daxil ediləcək.

Azərbaycan Respublikasında xarici media subyektlərinin filial və nümayəndəlikləri Media Reyestrinə media subyekti kimi daxil edilmək üçün bu tələblərə cavab verməlidir: Media subyektinin onun təsisçisi (iştirakçısı) olmayan xarici ölkələrin fiziki və ya hüquqi şəxsləri, onların filial və nümayəndəlikləri, həmin şəxslərin Azərbaycan Respublikasında təsis etdikləri hüquqi şəxslər, habelə xarici ölkələrin dövlət qurumları tərəfindən maliyyələşdirilməsinə yol verilmir.

Azərbaycan Respublikasında xarici media subyektlərinin filial və nümayəndəlikləri dövlət qeydiyyatına alınmış olmalıdır.

Media Reyestrinə media subyekti kimi daxil edilmək üçün müraciət edən şəxslər aşağıdakı tələblərə cavab verməlidir:

-    media subyektlərinin (redaksiyalarının) adları digər media subyektlərinin (redaksiyalarının) adları ilə eyni və ya oxşar olmamalı, onların adlarında ictimai qaydaya, mənəviyyata və əxlaqa zidd olan, istifadəçiləri yanılda bilən ifadələrdən istifadə edilməməlidir;

-    informasiya agentliklərinin azı 20 (iyirmi) media subyekti ilə informasiya verilməsi (əldə edilməsi) haqqında müqaviləsi, həmçinin azı 5 (beş) xarici ölkədə akkreditasiya olunmuş jurnalistləri olmalıdır;

-    onlayn media subyektləri özlərinin veb-saytlarında, çap mediası subyektləri isə özlərinin çap mediası məhsullarında bu qanununda göstərilən məlumatları düzgün göstərməlidirlər.

Media Reyestrinə daxil edilmiş media subyektləri aşağıdakı hallarda Media Reyestrindən çıxarılacaq:

-    çap mediası və onlayn media subyekti (redaksiyaları) tərəfindən isə davamlı fəaliyyətə dair tələblərin pozulmasına görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən il ərzində 2 (iki) dəfə xəbərdarlıq edildikdən sonra həmin pozuntular təkrar törədildikdə; 

-    media subyektləri (audiovizual media subyektləri istisna olmaqla) tərəfindən bu Qanunun 13.1, 13.2 və 14.1-ci maddələrinin tələblərinin pozulmasına görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən il ərzində 2 (iki) dəfə xəbərdarlıq edildikdən sonra həmin pozuntular təkrar törədildikdə;

-    media subyektinin (audiovizual media subyektləri istisna olmaqla) fəaliyyətinin onun təsisçisi (iştirakçısı) olmayan xarici ölkələrin fiziki və ya hüquqi şəxsləri, onların filial və nümayəndəlikləri, həmin şəxslərin Azərbaycan Respublikasında təsis etdikləri hüquqi şəxslər, habelə xarici ölkələrin dövlət qurumları tərəfindən maliyyələşdirilməsi (bu Qanunun 69.2-ci maddəsi nəzərə alınmaqla) aşkar edildikdə;

-    onlayn media subyektlərinin özlərinin veb-saytlarında bu Qanunun 60.2-ci maddəsindəki məlumatları göstərmədiyi və ya yanlış göstərdiyi, çap mediası subyektlərinin isə bu Qanunun 63.2-ci maddəsindəki pozuntuları törətdiyi aşkarlandıqda;

-    media subyektinin (audiovizual media subyektləri istisna olmaqla) təsisçisi (iştirakçısı) və ya idarəetmə orqanının rəhbəri ağır və xüsusilə ağır cinayətlərə görə məsuliyyətə cəlb edildikdə;

-    bu Qanunun 15.1.5-ci maddəsinin tələblərinin pozulmasına görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən il ərzində 3 (üç) dəfə xəbərdarlıq edildikdən sonra həmin pozuntuları təkrar törətdikdə;

-    informasiya agentliklərinə bu Qanunun 61.2-ci maddəsinin tələblərinin pozulmasına görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən il ərzində 2 (iki) dəfə xəbərdarlıq edildikdən sonra həmin pozuntular təkrar törədildikdə;

-    Azərbaycan Respublikasında filial və ya nümayəndəlik yaratmış xarici media subyekti tərəfindən bu Qanunun 14.1-ci maddəsinin tələbləri pozulduqda;

-    Media Reyestrinə daxil edilmiş media subyektinin (audiovizual media subyektləri istisna olmaqla) reyestr məlumatlarında dəyişiklik edildikdə, dəyişiklik baş verdiyi tarixdən 14 (on dörd) iş günü ərzində bu məlumatlar müvafiq təsdiqedici sənədlərlə birlikdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilmədikdə və bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən xəbərdarlıq edildikdən sonra həmin pozuntu 1 (bir) ay ərzində aradan qaldırılmadıqda.

Media subyekti Media Reyestrindən çıxarıldıqda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə 3 (üç) iş günü ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat veriləcək. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müraciəti əsasında həmin media subyektinə məxsus onlayn redaksiyaya (veb-sayta) müraciət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən dərhal məhdudlaşdırılacaq.

Bunlardan əlavə, Mülki Məcəlləyə təklif edilən dəyişikliyə əsasən, Azərbaycan Respublikasında xarici media subyektlərinin filial və nümayəndəliklərinin ləğv olunması məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) məlumat daxil olduqdan sonra müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən 5 (beş) iş günü ərzində hüquqi şəxsin ləğv edilməsi ilə bağlı qaydalar tətbiq edilmədən Respublikasında subyektlərinin Azərbaycan xarici media filial və nümayəndəliklərinin ləğv olunaraq hüquqi şəxslərin dövlət reyestrindən çıxarılması təmin ediləcək.

Həmçinin, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, Media Reyestrində olmadan fəaliyyət göstərən çap mediası subyektinin məhsulunun çap həmin mediası subyekt, nəşriyyat (naşir) və ya yayıcı tərəfindən nəşri və ya yayımına görə fiziki şəxslər 500 manatdan 1000 manatadək məbləğdə, vəzifəli şəxslər 1 500 manatdan 2 500 manatadək məbləğdə, hüquqi şəxslər 3000 manatdan 5000 manatadək məbləğdə cərimə ediləcək.

Yuxarıda “yayıcı” dedikdə nəşriyyatla (naşirlə) müqavilə bağlamaqla, yaxud digər qanuni əsaslarla məhsulların yayılmasını və satışını həyata keçirən fiziki və ya hüquqi şəxs başa düşülür.

Bununla yanaşı, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanuna təklif edilən dəyişikliyə əsasən, Azərbaycan Respublikasında xarici media subyektlərinin filial və ya nümayəndəliklərinin “Media haqqında” Qanununun 11.2-ci və ya 11.2-2-ci maddələrinin tələblərini pozmaqla fəaliyyət göstərməsi, habelə Media Reyestrindən çıxarılması həmin filial və ya nümayəndəliyin ləğv edilməsi üçün əsas olacaq.

Təklif edilən dəyişikliklər səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Manset.az

Chosen
14
17
hurriyyet.az

10Sources