EN

Xətai və Xəzər rayonlarında oğurluq edən şəxslər saxlanılıblar

Xətai və Xəzər rayonlarında yerləşən iki obyektdən oğurluq edilib və nəticədə zərərçəkənlərə ümumilikdə 1400 manat maddi zərər vurulub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 28 yaşlı Ə.Məhərrəmov, 26 yaşlı Ə.Alıyev və 21 yaşlı O.İgdalıyev saxlanılıblar.

Aparılan araşdırmalarla müəyyən olunub ki, Ə.Məhərrəmov daha bir marketdən 350 manat, digər saxlanılan şəxslər isə Xəzər rayonu ərazisində yerləşən iki evdən məişət və texniki əşyalar oğurlayıblar.

Araşdırmalar davam etdirilir.

Chosen
1
8
moderator.az

9Sources