EN

"ABB"nin aktivləri 3 faizdan çox artdı

BAKI, 14 iyul. TELEQRAF

Bu ilin I yarısında "Azərbaycan Beynəlxalq Bank" ASC-nin aktivləri 14 milyard 47 milyon 22.56 min manat təşkil edib.

Teleqraf ABB-nin maliyyə hesabatına istinadən xəbər verir ki, bu ötən ilin sonu ilə müqayisədə 3,07 faiz artım deməkdir.

Məbləğin 6 milyard 642 milyon 656.91 min manatı müştərilərə verilmiş kreditlərdir. Bununla da, kredit portfeli ötən ilin sonu ilə müqayisədə 4,6 faiz böyüyüb.

Hesabat dövründə bankın faiz gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 21,6 faiz artaraq 437 milyon 262.21 min manatdan 531 milyon 721.46 min manata qədər yüksəlib. Qiymətli kağızlardan əldə edilən faiz gəlirlərində də ciddi artım müşahidə olunub. Belə ki, ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri 2024-cü ilin müvafiq dövrünə nisbətən 37,7 faiz artaraq 65 milyon 390.44 min manatdan 90 milyon 60.03 min manata çatıb.

Qeyd edək ki, bank cari ilin I yarımilində 155 milyon 472.06 min manat xalis mənffət əldə edib.

Chosen
74
teleqraf.com

1Sources