EN

Baş nazirə qarşı məhkəmə başlayıb

Baş

İsrailin baş naziri Benyamin Netanyahuya qarşı cinayət işi üzrə dinləmələr bu gün səhər saatlarında Təl-Əviv məhkəməsində başlayıb.

Reyting.az
xəbər verir ki, Netanyahu keçən ay şahid kürsüsündə iştirak etməyib. Buna səbəb kimi İranın hücumları ilə bağlı iki həftəlik müddət və baş nazirin Vaşinqtona diplomatik səfəri göstərilib.

Məhkəmənin gələcək gedişatı və Netanyahunun müdafiəsi İsrail mətbuatı tərəfindən diqqətlə izlənilir.

Xatırladaq ki, 21 noyabr 2019-cu ildə İsrailin o zamankı baş prokuroru Avixay Mandelblit baş nazir Netanyahunu üç ayrı işi üzrə ittiham edərək, onu “rüşvətxorluq və şəxsi maraqlar üçün vəzifə səlahiyyətlərindən sui-istifadə”də suçlayıb.

Vəzifədə olarkən mühakimə olunan “İsrailin ilk baş naziri” kimi tarixə düşən Netanyahu ilə bağlı ilk iclas 24 may 2020-ci ildə Qüds məhkəməsində keçirilib.

Qeyd edək ki, Netanyahu ilk dəfə 10 dekabr 2024-cü ildə ifadə vermək üçün Tel-Əviv məhkəməsində hakim qarşısına çıxıb. Baş nazir “1000”, “2000” və “4000” kimi tanınan üç ayrı korrupsiya işi üzrə mühakimə olunur.

V. QULİYEV
Chosen
22
reyting.az

1Sources