BAKI, 14 iyul. TELEQRAF
Milli Məclisin növbədənkənar sessiyası başa çatıb.
Teleqraf xəbər verir ki, son iclasda 13 məsələ müzakirə olunub.
Qeyd edək ki, mayın 30-da parlamentin növbədənkənar sessiyası çağırılıb və iyunun 3-də ilk iclas keçirilib.
Xatırladaq ki, bu günə qədər qanunverici orqanın 7 növbədənkənar plenar iclası baş tutub.
Spiker qeyd edib ki, bu dövrdə 45 qanun və qərar, iki konstitusiya qanunu və 5 beynəlxalq sənəd ratifikasiya qəbul olunub:
"Bu müddət ərzində 2 ictimai dinləmə keçirilib. 19 deputat 11 xarici ölkəyə səfər olub. 18 xarici ölkənin 144 nəfər üzvü Milli Məclisdə olub. 3 ölkənin parlament sədri ilə görüşlər keçirilib. Milli Məclisin sədri Pakistan və Belçikanın Azərbaycandakı səfiri ilə görüşüb".
Sonda Azərbaycanın Dövlət Himni səsləndirilib.