EN

Bu ölkə Rusiyaya qarşı təhlükəsizlik arxitekturası qurur

Danimarkanın Bornholm adasında daimi qoşun yerləşdirilməsi onu göstərir ki, Danimarka Rusiyaya qarşı regional təhlükəsizlik arxitekturasını qurur.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiyanın Kopenhagendəki səfiri Vladimir Barbin deyib.

O bildirib ki, Danimarka Silahlı Qüvvələri iyunun 12-də adanın strateji yerləşməsi və mövcud “təhlükəsizlik siyasəti vəziyyəti” səbəbindən 25 ildə ilk dəfə Baltik dənizi sahilindəki Bornholm adasında daimi alay yerləşdirəcəklərini açıqlayıb.

“Danimarka hökumətinin adada daimi olaraq hərbi birləşmələr yerləşdirmək qərarı Kopenhagenin Rusiya ilə birlikdə deyil, ona qarşı regional təhlükəsizlik arxitekturasını qurmaqda sarsılmaz niyyətini nümayiş etdirir”, - deyə diplomat bildirib.

Səfir əlavə edib ki, Danimarka hakimiyyəti indi Rusiyanın sahilə enişinin qarşısını almaq üçün adada yerüstü mobil gəmi əleyhinə raket komplekslərini yerləşdirmək qərarına gəlib.

Chosen
89
publika.az

1Sources