EN

Karapetyan: “Azərbaycanlılar gəlsə, yenə qovacağıq”

“Azərbaycan Ermənistanla sülh müqaviləsi imzalamayacaq, hətta onların bütün tələblərinə, hətta 300 min azərbaycanlının köçürülməsinə razı olsaq belə”. Tribunainfo.az xəbər verir ki, bunu “Ümumaməni cəbhəsi” hərəkatının lideri, keçmiş müdafiə naziri Arşak Karapetyan deyib.

Onun iddiasına görə, Bakı həmişə yeni tələblər irəli sürəcək. “Çünki Ermənistanın lideri hər şeylə razılaşan adamdır”.

Karapetyanın sözlərinə görə, Paşinyan dəhlizi təhvil verməyə hazırdır. “Ancaq bir şərtlə ki, amerikalılar ona nəzarət etsin”.

Keçmiş nazir onu da deyib ki, Azərbaycanlıların Ermənistana köçməsi problem deyil. “Əgər azərbaycanlılar varsa, bir gün onları qovmaq şansı var. Amma amerikalılar gəlsə, bu, mümkün olmayacaq”.

O bildirib ki, Azərbaycanın şərtləri yerinə yetirilərsə, vətəndaş müharibəsi qaçılmaz olacaq.  “Əgər dəhliz ABŞ-a verilsə, regionda yeni müharibə başlayacaq. Azərbaycan və Türkiyə də daxil olmaqla bütün ölkələr NATO-nun Xəzərdə görünməsinə qarşıdır. Bu, bütün region üçün fəlakətdir”.

Fərda Uğur

Chosen
12
1
tribunainfo.az

2Sources