UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Yunanıstanın "Aris" komandası ilə qarşılaşacaq "Araz-Naxçıvan"ın səfər proqramı bəlli olub.
Klubun mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, komanda Yunanıstana iyulun 29-da yollanacaq.
"Qırmızı-ağlar" Bakı-Afina-Saloniki reysi və Yunanıstana məxsus "AEGEAN AIRLINES"-ə məxsus təyyarə ilə yola düşəcək. Hava gəmisi 4:20-də Bakını tərk edəcək, 9:40-da isə Afinadan Salonikiyə istiqamət alacaq və təxminən bir havada olacaq.
Qeyd edək ki, komandaların ilk görüşü görüşü iyulun 24-də, cavab oyunu 31-də reallaşacaq.
MiraÄŸa