EN

“Turan Tovuz” Coşqun Diniyevin komandası ilə qarşılaşacaq

Türkiyədə təlim-məşq toplanışında olan “Turan Tovuz”un yoxlama oyunlarındakı rəqiblərindən daha birinin adı məlum olub.

Msport.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Premyer Liqa komandası iyulun 19-da Türkiyənin I Liqa təmsilçisi “Çorum”la üz-üzə gələcək.

Qeyd edək ki, Azərbaycan millisinin futbolçusu Coşqun Diniyev “Çorum”da çıxış edir.

Chosen
8
5
msport.az

6Sources