EN

Azərbaycanı Universiadada təmsil edəcək stolüstü tennisçilər müəyyənləşib

Bakı, 14 iyul, AZƏRTAC

Almaniyada təşkil olunacaq Ümumdünya Universitet Oyunlarında Azərbaycanı təmsil edəcək stolüstü tennisçilər bəlli olub.

Azərbaycan Stolüstü Tennis Federasiyasından AZƏRTAC-a bildirilib ki, turnirdə Zemfira Mikayılova, Xədicə Əbilzadə, Səbinə Məmmədova, Nigar Mahmudova, Nihad Səmədzadə, Amin Oruczadə və Tural Mirzəyev bacarıqlarını göstərəcəklər.

İyulun 16-da start götürəcək Universiadaya ayın 24-də yekun vurulacaq. Stolüstü tennisçilər Essen şəhərində keçiriləcək yarışda mübarizəyə iyulun 17-də qoşulacaqlar.

Qeyd edək ki, Azərbaycan Ümumdünya Universitet Oyunlarında 12 idman növü üzrə 72 idmançı ilə təmsil olunacaq.

Chosen
21
6
azertag.az

7Sources