EN

Azərbaycanın stolüstü tennisçiləri Universiadada mübarizə aparacaqlar

Azərbaycanın stolüstü tennisçiləri daha bir mötəbər yarışda ölkəmizi təmsil edəcəklər.

Operativ Media xəbər verir ki, Almaniyada təşkil olunacaq Ümumdünya Universitet Oyunlarında seçmə komandanın üzvləri Zemfira Mikayılova, Xədicə Əbilzadə, Səbinə Məmmədova, Nigar Mahmudova, Nihad Səmədzadə, Amin Oruczadə və Tural Mirzəyev bacarığını göstərəcək. İyulun 16-da başlanacaq yarışa iyulun 24-də yekun vurulacaq. Stolüstü tennisçilər Essen şəhərində keçiriləcək yarışda mübarizəyə iyulun 17-də qoşulacaqlar.

Qeyd edək ki, Azərbaycan Ümumdünya Universitet Oyunlarında 12 idman növü üzrə 72 idmançı ilə təmsil olunacaq.

Chosen
23
6
operativmedia.az

7Sources