EN

10 uşaqlı ana suda boğulan qızını xilas edərkən öldü –FOTO

Mordoviyada çoxuşaqlı ana suda boğulan qızını xilas edərkən ölüb. Onun ən kiçiyinin bir yaşı da olmayan 10 övladı qalıb.

Azpost bildirir ki, faciə bazar günü axşam Kovılkinski rayonunda Mokşa çayında baş verib.

Yudintsevlər ailəsi tətilə tam heyətlə gəlib. Ata çadır qurarkən uşaqlar üzməyə başlayıblar. Bir anda 13 yaşlı qız boğulmağa başlayib. Anası və daha böyük 17 yaşlı bacısı Nastya onun köməyinə qaçıblar. Sonda ən kiçiyini xilas edə bilsələr də, özləri daha sudan çıxa bilməyiblər. Hər ikisi ölüb. Atanın heç nə etməyə imkanı olmayıb.

İlkin olaraq ailənin çimmək təchiz olunmayan yerdə çimdiyi müəyyən edilib. Hakimiyyət artıq Yudintsevlərə bütün lazımi yardımı göstərəcəklərini bəyan edib.

AzPost.az

Chosen
145
azpost.info

1Sources