Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azər Səricanov ömürlük, Səbuhi Şirinov 20 il, Rəşad Əhmədov 19 il, Elşad Əsgərov 18 il, Emin Əliyarov isə 4 il müddətinə azadlıqdan məhrum ediliblər.
Sosial şəbəkələrdə məhkum edilənlərin ailələrinin - ata-analarının Fazil Mustafaya müraciət edərək imdad dilməsi ilə bağlı məlumatlar yayılıb.
Demokrat.az xəbər verir ki, Modern.az yayılan xəbərləri dəqiqləşdirmək məqsədilə deputatla əlaqə saxlayıb.
"Mənə hər hansı müraciət olmayıb"
Saytımıza açıqlamasında Fazil Mustafa bildirib ki, bu barədə hər hansı məlumatı yoxdur:
“Bu barədə mənim hər hansı məlumatım yoxdur. Amma məhkəmədə aparılan prosesdə onların davranışları hər hansı şəkildə imdad diləmə kimi nəzərdə tutulmur. Bunlar müsəlmanlığı bütövlükdə vəhşilik törətmək vasitəsi kimi görən, dini başqa insanları susdurmaq inancı kimi anlayan və xarici ölkənin Azərbaycan üçün yetişdirdiyi casus şəbəkəsinin elementləridir. Onların məndən hər hansı formada imdad diləməsinin mənəvi və hüquqi əsası yoxdur. Çünki onlar mənim şəxsimə qəsddən daha çox bir dövlətin Azərbayacana qarşı təxribatlarında yer alan adamlardır. İndi bunu könüllü və ya məcburi qəbul etdiklərini məhkəmədə ən azından etiraf edə bilərdilər. Həbs olunan şəxslər tərəfindən imdad çağırışları olmayıb. Ola bilsin hər hansı şəbəkə vasitəsilə yaxın çevrəsi tərəfindən bu məsələ gündəmə gətirilə bilər”.
"Bu, yalnız mənim şəxsimlə bağlı deyil"
F.Mustafa vurğulayıb ki, sui-qəsd məsələsi yalnız onunla bağlı iş deyil:
4Sources
-
demokrat.azFazil Mustafaya sui-qəsd edənlərin ailəsi ondan imdad diləyib? — Deputat danışdı ( 19254202)
-
reyting.azDeputat: "Bu, yalnız mənim şəxsimlə bağlı deyil" ( 19253722)
-
news365.azFazil Mustafaya sui-qəsddə ittiham olunanların ailəsi üzr istədi? – Deputat cavab verdi ( 19253269)
-
modern.azFazil Mustafaya sui-qəsd edənlərin ailəsi ondan imdad diləyib? - Deputat danışdı ( 19252516)