EN

Axios: "Tramp gözlənilməz planını açıqlayacaq"

Bu barədə məsələdən məlumatlı iki mənbə "Axios" xəbər saytınaaçıqlamaverib. Maraqldır ki, onlar "gözlənilməz plan"a dair hər hansı təfərrüatı diqqətə çatdırmayıblar. Eyni zamanda, Ağ Ev də bu xəbərə hələlik rəsmi şərh irəli sürməyib.

Digər tərəfdən, ABŞ lideri Donald Tramp "Endryus" Hərbi Bazasında jurnalistlərə danışarkən Ukraynaya "Patriot" yer-hava raketlərinin göndəriləcəyini vurğulayıb.
Tramp Ukraynaya "Patriot"lar göndərəcək

"Bu raketlər Ukraynanın müdafiəsi naminə zəruridir, çünki Rusiya Prezidenti Vladimir Putin gözəl danışsa da, hamını bombalayır.Xərci isə Avropa İttifaqı ödəyəcək",- o deyib.

Vaşinqtonla Moskva arasında Ukrayna üzrə sülh danışıqlarının iflasa uğraması, Trampın Putinə qarşı "etimadını itirməsi" fonunda Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın raket və dron hücumlarının qarşısını almaq üçün ABŞ-dən daha çox müdafiə imkanları istəyib. Donald Trampın "Patriot"ları Kiyevə göndərmək qərarı məhz bu istəyə cavabdır. Belə görünür ki, o artıq danışıqların nəticə vermədiyini başa düşərək,Ukraynanın həm müdafiə, həm də hücum sistemini gücləndirmək niyyətindədir.

Firudin Həmidli
AzVision.az
Chosen
72
50
azvision.az

10Sources