EN

Bayden oğlunu Trampın qorxusundan əfv etdiyini etiraf edib

ABŞ-ın keçmiş prezidenti Co Bayden əfv sərəncamlarını imzalamaq üçün avtomat imzadan istifadə etdiyini rəsmən etiraf edib.

AzPost bildirir ki, Bayden The New York Times-a verdiyi müsahibədə o, hər bir belə qərarın yalnız özü tərəfindən verildiyini vurğulayıb.

Avtomatik imzadan istifadəyə səbəb tələb olunan sənədlərin çoxluğu olub.

“Fərmanların sayı həddən artıq çox olub. Bildiyiniz kimi, avtomatik imza Donald Tramp da daxil olmaqla, əvvəlki dövlət başçılarının istifadə etdiyi hüquqi prosedurdur”, – Bayden deyib.

Bundan əlavə, ölkənin keçmiş rəhbəri qeyd edib ki, o, Tramp administrasiyası tərəfindən mümkün təqiblərdən ehtiyat edərək, təhlükəsizlik məqsədilə öz ailə üzvlərini əfv edib. Bu, əhəmiyyətli hüquqi xərclərdən qaçmağa imkan verib.

İyunun 5-də ABŞ prezidenti Donald Tramp sövdələşmə məqsədilə verdiyi icraçı sərəncamlarda Co Baydenin avtoqələmindən istifadə olunması ilə bağlı araşdırma aparılmasına göstəriş verib.

AzPost.az

Chosen
19
azpost.info

1Sources