EN

Yoahim Löv Özbəkistan millisinə rəhbərlik edə bilər

Almaniya millisinin sabiq baş məşqçisi Yoahim Löv Özbəkistan millisinə rəhbərlik edə bilər.

Ölkə.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Championat.Asia" məlumat yayıb.

Qeyd olunur ki, Özbəkistan Futbol Assosiasiyası artıq alman mütəxəssislə danışıqlara başlayıb. Qeyd olunur ki, Löv bu təklifi qəbul edərsə, komandanın hazırkı baş məşqçisi Timur Kapadze almaniyalının heyətində yer alacaq.

Xatırladaq ki, Özbəkistan millisi tarixdə ilk dəfə dünya çempionatında mübarizə aparacaq. Komanda DÇ-2026-nın final mərhələsinə vəsiqəni təmin edib.

Löv 2006-2021-ci illərdə Almaniya millisinin baş məşqçisi olub. Onun rəhbərliyi altında komanda 2014-cü ildə Braziliyada keçirilən futbol üzrə dünya çempionatı və 2017-ci ildə Rusiyada keçirilən Konfederasiyalar Kubokunda qalibiyyət qazanıb. 2021-ci ildən mütəxəssis heç bir komandada işləməyib.

Chosen
11
1
olke.az

2Sources