EN

ABŞ Çini kosmosda da izləyir - Fotolar

ABŞ

ABŞ-nın "Maxar Technologies" şirkəti Çinə məxsus kəşfiyyat peykinin aydın çəkilmiş görüntüsünü təqdim edib. Kosmosda yenilik etdiklərini bildirən "Maxar Technologies" şirkətininnümayəndələri, mütəxəssislərin uğurlu səyləri nəticəsində məqsədlərinə çatdıqlarını deyiblər.

Reyting.az
xəbər verir ki, Amerika şirkətinin məlumatına görə, onlar ilk dəfə Çinin yerin məsafədən zondlaşdırılması məqsədi ilə kosmosa buraxdığı "Shijian-26" peykinin aydın şəkildə görsənən iki fotosunu əldə ediblər.

Yeni şəkilləri ictimaiyyətə təqdim edən və mətbuatda dərc etdirən "Maxar Technologies" şirkətinin təmsilçiləri qeyd ediblər ki, bu Çin peyki 2025-ci il mayın 29-da orbitə buraxılıb.



Mütəxəssislər vurğulayıblar ki, belə yeni tip görüntülər kosmik mühitin anlaşılması baxımından inqilabi əhəmiyyət daşıyır.

Bildirilir ki, "Shijian-26" Çinin ən son nəsil optik kəşfiyyat peyklərindən biridir. Həm də bu fakt onu göstərir ki, Amerikanın ən məşhur şirkətlərindən biri sayılan "Maxar Technologies" görüntüləri əldə etməklə, öz bacarığını, peyk müşahidələrinin yeni dövrə qədəm qoyduğunu, bütün bunlara hazır olduğunu açıq şəkildə sübut edib.

"Maxar Technologies" şirkətinin mütəxəssisləri həmçinin vurğulayıblar ki, artıq onlar peyklərin fəaliyyətini demək olar, real vaxt rejimində aydın izləməklə, istənilən kosmik aparatlarla bağlı misilsiz detallarla məlumat təqdim edə bilirlər.



Oqtay QORÇU
Chosen
12
reyting.az

1Sources