EN

İndoneziyada timsah məktəblini dostlarının gözü qarşısında parçaladı - VİDEO

BAKI, 14 iyul. TELEQRAF

İndoneziyada timsah məktəblini dostlarının gözü qarşısında parçalayıb.

Teleqraf xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.

Hadisə Şərqi Kalimantan əyalətində Santan Ulu çayında baş verib. Məhəmməd Nur Əkbər adlı 15 yaşlı uşaq ayaqlarını yumaq istəyərkən bulanıq sudan çıxan timsah onun budundan yapışıb.

Dostları kömək etmək üçün uşağın köynəyindən tutublar. Lakin timsah onu suyun dərinliyinə aparmağa nail olub. Sonra timsah, qurbanını ağzında sıxaraq yenidən suyun üzərinə çıxıb. Şahidlərdən biri bu anı videoya çəkə bilib.

Xilasedicilər yeniyetmənin cəsədini gecəyarısına yaxın tapıblar. Cəsəd dəfn edilməsi üçün ailəsinə təhvil verilib.

Chosen
14
teleqraf.com

1Sources