EN

Ehud Olmert: Qəzzada yaradılacaq “humanitar şəhər”həbs düşərgəsinə bənzəyir

BAKI, 14 iyul. TELEQRAF

İsrailin Qəzzada yaşayan fələstinlilərin köçürülməsini nəzərdə tutan “humanitar şəhər” planı əslində həbs düşərgəsidir.

Teleqraf “The Times of Israel”ə istinadən xəbər verir ki, bunu İsrailin keçmiş Baş naziri Ehud Olmert “Guardian” nəşrinə müsahibəsində deyib.

“Bu, həbs düşərgəsidir. Təəssüf edirəm”, - Olmert deyib.

"Əgər fələstinlilər yeni “humanitar şəhərə” deportasiya ediləcəklərsə, onda bunu etnik təmizləmənin bir hissəsi adlandıra bilərsiniz. Bu hələ baş verməyib", - Olmert yüz minlərlə insan üçün düşərgə yaratmaq planını belə şərh edib.

“Onlar Qəzzanın yarısından çoxunu “təmizləmək” məqsədilə yaratmağı planlaşdırdıqları düşərgə fələstinliləri xilas etmək üçün nəzərdə tutulmayıb. Bu, onları deportasiya etmək, sıxışdırmaq və kənara atmaq üçündür. Mən buna başqa izah tapa bilmirəm", - Olmert əlavə edib.

Xatırladaq ki, ötən həftə İsrailin müdafiə naziri İsrael Katz qəzzalıları humanitar şəhərə köçürmək planını açıqlamışdı.

Chosen
39
teleqraf.com

1Sources